Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə müqaviləsi ləğv olundu, klubu məhkəməyə verdi

Koronavirusa görə müqaviləsi ləğv olundu, klubu məhkəməyə verdi

Tarix: 10 Aprel 2020 13:14

İsveçrənin “Sion” klubu yollarını ayırdığı futbolçusu Yohan Djuru tərəfindən məhkəməyə verilib.

Qol.az xəbər verir ki, buna klubun koronavirus pandemiyasına görə maaşının azaldılmasına razı olmadığı üçün 33 yaşlı futbolçu ilə müqaviləni ləğv etməsi səbəb olub.

İsveçrə millisinin sabiq müdafiəçisi bu qərarla razılaşmayıb və klubu məhkəməyə vermək qərarına gəlib.

Futbolçu yerli mətbuata verdiyi açıqlamasında pul hərisi olmadığını, sadəcə, haqqının tapdalanmamasına çalışdığını bildirib. O, məhkəmədə qalib gələcəyi halda, alacağı təzminatı yardım fondlarından birinə bağışlayacağını da açıqlayıb.

Qeyd edək ki, Djuru ilə yanaşı, daha 8 futbolçunun müqaviləsinə xitam verilmişdi.

 


Etiketlər:  Koronavirusa görə müqaviləsi ləğv olundu klubu məhkəməyə verdi


RƏYLƏR