Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 21:54
"Napoli" hücumçu axtarışlarını davam etdirir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Neapol təmsilçisinin namizədlərindən biri "Trabzonspor"da çıxış edən Aleksander Sörlotdur.
24 yaşlı forvard müqavilə ilə "Kristal Pelas"a məxsusdur. Lakin o, 2021-ci ilin yayınadək Türkiyə təmsilçisinə icarəyə verilib.
Qeyd edək ki, Aleksander Sörlot bu mövsüm 39 oyuna 25 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 19 qolla Türkiyə Super Liqasının bombardiridir.