Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 22:36
Hazırda ağır gedişli koronaviruslu xəstələrin ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş xəstələrin cihazdan tez bir zamanda azad olunması uğrunda çarpışırlar.
C vitamini belə xəstələri kritik durumdan daha tez müddətə çıxarmağa kömək edir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, beynəlxalq intensiv terapiya jurnalında Helsinki və Sidney universitetinin həkimləri intensiv terapiyada olan xəstələrdə C vitamininin təsirini göstərən sistematik ədəbiyyatın təhlilini aparıb.
689 pasiyenti əhatə edən 8 iri tədqiqatın nəticələri göstərir ki, C vitamini süni tənəffüs aparatında olan xəstələrin aparatda qalma müddətini 14%azaldıb.
Uzun müddət ventilyasiya aparatına qoşulmuş ağır xəstələrdə bu vitamin daha möhtəşəm nəticələr göstərmişdir.
Belə ki, 471 ağır xəstəyə sutkada 2-6 qr vitamin C verilməsi, onların ventilyasiya müddətini 25% azaldıb, daha tez özlərinə gəlmələrini təmin etmişdir.
"Belə inandırıcı nəticələri nəzərə alıb, intensiv terapiyada olan koronaviruslu xəstələrə C vitamini yüksək dozalarda dəstəyi göstərməklə, onların daha tez sağalmasına nail olmaq olar".