Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 07:20
"Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin əməkdaşları Milli Polisin əməkdaşları ilə birlikdə külli miqdarda dələduzluq cinayəti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xİdmətinin mətbuat xidməti məlumat yayıb.
"Xüsusi xidmət əməliyyatçıları müəyyən ediblər ki, 51 yaşlı əcnəbi ötən ilin noyabr ayından Ukraynada gizlənirmiş. Müəyyən edilib ki, cinayətkar paytaxtda yalnız taksi ilə hərəkət edirmiş və telefon nömrələrini dəyişirmiş. Həmin şəxs öz vətənində cinayət məsuliyyətindən yayınmaq və Ukraynada qanuni qalmaq icazəsi əldə etmək üçün siyasi qaçqın statusu almağa çalışıb", - deyə məlumatda qeyd olunub.
Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşayış yerini müəyyənləşdirmək mümkün olub. O, paytaxtın Qoloseyevski rayonunda kirayədə qaldığı mənzildə tutulub. Hazırda həmin şəxsin ekstradisiyanın həyata keçirilməsi üçün müvafiq istintaq tədbirləri görülür.
Qeyd edək ki, saxlanılan şəxsin Maqsud Mahmudov olduğu bildirilir. M.Mahmudov özü də sosial şəbəkədə yaydığı videogörüntüdə saxlanıldığını deyib.