Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zidanın üzrünü qəbul etmədim, 10 dəqiqədə 250 siqaret çəkdim''

''Zidanın üzrünü qəbul etmədim, 10 dəqiqədə 250 siqaret çəkdim''

Tarix: 11 Aprel 2020 17:02

Fransa millisinin sabiq üzvü Villi Saqnol DÇ-2006-da İtaliyaya uduzduqları final oyununda komanda yoldaşı Zinəddin Zidanın meydandan qovulmasından danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o,  görüşün əlavə vaxtında rəqib oyunçu Marko Materatsini kəllə ilə vuran Zidanı etdiyi hərəkətə görə 2 il danışdırmadığını deyib:

"Matçdan sonra Zidan paltardəyişmə otağında üzr istədi. Ancaq mən onun üzrünü qəbul etmədim. Həmin vaxt çox məyus olmuşdum. Zidanla danışmaq istəmədim. 10 dəqiqədə 250 siqaret çəkdim. 2 il ərzində heç danışmadıq".

Saqnol Zidanla sonrakı görüşünü xatırladıb: "2008-ci ildə evləndim. Həyat yoldaşım toyumuza Zidanı dəvət etməyimi söylədi. Ona zəng etdim və növbəti gün görüşdük. Yaxşı söhbət alındı".

Qeyd edək ki, Zidan İtaliya ilə görüşdə etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydanda qovulmuşdu.

 


Etiketlər:  Zidanın üzrünü qəbul etmədim dəqiqədə siqaret çəkdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ