Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı atılan fərqli tədbirlər

Koronavirusa qarşı atılan fərqli tədbirlər

Tarix: 11 Aprel 2020 20:51

200-dən çox ölkədə təsirli olan koronavirusa qarşı bütün ölkələr tədbirlər görməyə çalışırlar. Epidemiyaya qarşı bəzi ölkələrin gördüyü tədbirlər isə fərqli ola bilər.

Kolombiya: Şəxsiyyət nömrələrinə görə küçəyə çıxma icazəsi
Kolombiyanın bəzi qəsəbələrində maraqlı bir küçəyə çıxma qadağası tətbiq olunur. İnsanlar, şəxsiyyət nömrələrin son xanalarına görə təyin olunan günlərdə çölə çıxa bilirlər. Məsələn Barrankabermeya əyalətində şəxsiyyət nömrəsi 0, 7 və 4 ilə bitən insanlar bazar ertəsi günü küçəyə çıxa bilər, 1, 8 və 5 ilə bitən insanlar çərşənbə axşamı günü çölə çıxa bilər.

Serbiya: İtlər çölə gündə bir saat çıxa bilər
Serbiya rəhbərliyi, itlərin yalnız 20:00 ilə 21:00 saatları arasında çölə çıxa biləcəyini deyib. İnsanların reaksiya verməsi ilə qərar ləğv edilib.

İsveç: Məktəblər hələ bağlanmayıb
İsveç hələ də böyük tədbirlər görməyib. Ölkə rəhbərliyi, karantin elan etmədən vətəndaşlarının doğru şəkildə davranacağına inanır. İsveçdə 16 yaşdan aşağı uşaqların getdiyi məktəblər açıqdır.

Belarus: İctimai məsafəyə ehtiyac yoxdur
Belarus prezidenti Aleksandr Lukaşenko, ictimai məsafə tədbirlərini görməzlikdən gəldiyi üçün gündəmə gəlmişdi. Lukaşenko, virusun ətrafda uçduğunu görmədiyi üçün ictimai məsafə tədbirləri almağı düşünmədiyini söyləyir.

Avstriya: Supermarketlərdə maska taxmaq zəruridir
ÜST, xəstə insanlarla maraqlanmayan insanların maska taxmasına gərək olmadığını açıqlamışdı. ÜST şərhinə baxmayaraq bəzi ölkələr maska taxmağı zəruri hala gətirdi. Avstriya da maska zəruriliyinin olduğu ölkələr arasındadır.

Panama: Qadınlar və kişilər fərqli zamanlarda çölə çıxa bilər
Panama, koronavirusa qarşı görülmüş ən maraqlı tədbirlərdən birinə imza atdı. Ölkədə çərşənbə günündən etibarən qadınlar və kişilər fərqli zamanlarda küçəyə çıxa bilər. İki saat ərzində çölə çıxıla biləcək tətbiqdə qadınlar və kişilər üçün fərqli zamanlar təyin olundu. Bazar günü isə bütün xalqın küçəyə çıxması qadağandır.

Türkmənistan: Koronavirus qadağan edildi
Türkmənistan rəhbərliyi, koronavirus sözünün ölkənin sağlamlıq nazirliyinin broşuralarından çıxararaq, xalqın da koronavirus haqqında danışmasını qadağan etdi.

Milli.Az


Etiketlər:  Koronavirusa qarşı atılan fərqli tədbirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ