Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 07:35
Tanınmış müğənni Manaf Ağayev vəkil Şəfiqə Nağıyevanın sənət adamları barədə səsləndirdiyi ittihamlara cavab verib.
Sonxeber.net xəbər verir ki, Ağayev indiyə kimi gördüyü işlər barədə danışıb:
"Mənim qohumlarımın böyük əksəriyyəti yataqxanada yaşayır. Onları mən saxlayıram, eyni zamanda özümü tanıyan gündən xeyriyyəçiliklə məşğulam. Çünki atamın oğluyam, o da xeyriyyəçi olub".
Ağayev onu qınayanlara belə cavab verib:
"Etdiyim yaxşılıqları ictimailəşdirməyi xoşlamıram. Amma bəzən insanı məcbur edirlər ki, yaxşılıqlarını videoya çəkib paylaşsın. Son iki gündə yüzə yaxın ailəyə ərzaq yardımı etmişəm. Bu, birinci dəfə deyil, sonuncu dəfə də olmayacaq. Barəmdə haqsız danışanlara heç nə demək istəmirəm. Allah bilsin, onlar bilsin".
Qeyd edək ki, vəkil Ş. Nağıyeva ARB kanalında yayımlanam "Elgizlə izlə" verilişində bir neçə sənətçini, o cümlədən Manaf Ağayevi tənqid etmişdi. (ölkə.az)