Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem'' Keynə rekord qiymət qoydu

''Tottenhem'' Keynə rekord qiymət qoydu

Tarix: 12 Aprel 2020 14:58

"Tottenhem" komandanın kapitanı Harri Keyni "Mançester Yunayted"ə 200 milyon funt sterlinqə sata bilər.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, London klubunun sahibi Daniel Levi 26 yaşlı hücumçu ilə ağır maliyyə durumuna görə vidalaşmağa hazırdır. Paytaxt təmsilçisində belə vəziyyət dünya futbolundakı koronavirusla əlaqədar məcburi fasilə üzündən yaranıb. Üstəlik, Klubun yeni stadion tikintisinə ödəniş öhdəlikləri də var.

Bu transfer baş tutsa, dünya futbolunda yeni rekord müəyyənləşəcək. Hazırkı rekord 2017-ci ildə "Barselona" -dan PSG-ə 222 milyon avroya keçən Neymara məxsusdur.

Qeyd edək ki, Harri Keyn 2011-ci ildən "Tottenhem"in oyunçusudur. O, iki dəfə İngiltərə Premyer Liqasının və 2018-ci il dünya çempionatının bombardiri olub.


Etiketlər:  Tottenhem Keynə rekord qiymət qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ