Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün hansı saatında vanna qəbul etmək daha faydalıdır? - SƏHƏR YOXSA AXŞAM?

Günün hansı saatında vanna qəbul etmək daha faydalıdır? - SƏHƏR YOXSA AXŞAM?

Tarix: 12 Aprel 2020 23:48

Muasir dövrdə tez-tez vanna qəbul etmək gündəlik rituallar sırasındadır. Lakin günün hansı saatında duş qəbul etməyin xeyirli olduğu mübahisəli məsələdir.

Sonxeber.net xəbər verir ki, vanna qəbul etmək üçün günün doğru saatını seçsək dərimiz, zehnimiz hətta sağlamlığımız üçün bir çox fayda əldə etmiş olarıq. Lakin bir çoxlarına hələ də məlum deyil ki, səhər oyanan kimi, yoxsa axşam yatmazdan əvvəl vanna qəbul etmək daha düzgündür. Dermotoloq Mona Qohara bu haqqında danışıb. O, səhər oyanan kimi çimməyin bizi günə hazırladığını və dərimizdəki iltihabı azaltdığını deyib. Səhər ilıq su ilə yuyunmaq bizə xoş gəlsə də bunu axşama saxlamaq bizim üçün daha faydalıdır. Dermotoloq axşam vaxtı duş qəbul etməyin faydalarından danışaraq deyib ki, gün ərzində dərimizdə olan çirki və makiyaj qalıqlarını sadəcə ilıq su təmizləyə bilər. Çünki gecə dərimiz özü-özünü yeniləyər. Eyni zamanda yatmazdan əvvəl təmiz olmaq insanlara özünü daha yaxşı hiss etdirir. Həm də o bildirib ki, duş qəbul edən zaman vanna otağında telefon, mavi ekran və bizi narahat edən hər hansısa bir əşya olmadığı təqdirdə zehnimiz günün yorğunluğundan qurtulur. (ölkə.az)


Etiketlər:  Günün hansı saatında vanna qəbul etmək daha faydalıdır SƏHƏR YOXSA AXŞAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ