Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb

İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb

Tarix: 13 Aprel 2020 11:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.

Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.


Etiketlər:  İkili diplom proqramı üzrə magistraturaya sənəd qəbulunun müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ