Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2021-ci ilə kimi azarkeşlər stadionlara buraxılmaya bilər

2021-ci ilə kimi azarkeşlər stadionlara buraxılmaya bilər

Tarix: 13 Aprel 2020 13:20

İtaliyada 2021-ci ilin yanvar ayına qədər matçların bağlı qapılar arxasında oynanılması planlaşdırılır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "BeIN Spots" telekanalının jurnalisti Tankredi Palmeri hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, növbəti ilin yanvarına kimi oyunlara tamaşaçıların buraxılması qadağan edilə bilər.

İtaliya A Seriyasının 2 mayda bərpa olunacağına dair xəbərlər yayılmışdı. Sonradan bərpa müddətinin uzana biləcəyi məlum oldu. Hazırda bir neçə variant mövcuddu. Son çarə - qalan 124 qarşılaşmanın 45 gün ərzində paytaxt Romada oynanılmasıdı. Bütün hallarda oyunların azarkeşlərsiz keçiriləcəyi dəqiqdi.

İtaliya çempionatı koronavirus pandemiyası səbəbindən dayandırılıb. 26 turdan sonra aktivində 63 xalı olan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İkinci "Latsio" liderdən 1 xal geri qalır.

Milli.Az


Etiketlər:  2021 ilə kimi azarkeşlər stadionlara buraxılmaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ