Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Acından ilan kimi qıvrılsaq da, gülə-gülə yaşamalıyıq”

“Acından ilan kimi qıvrılsaq da, gülə-gülə yaşamalıyıq”

Tarix: 13 Aprel 2020 14:50

İnsan acizliyini göstərən, lakin onu təhqir etməyən, güldürən, fəqət utandırmayan Çexov (Anton Çexov - rusiyalı dramaturq - red.) yumoru mənə deyir ki, çətinliyi yumorla, gülə-gülə qarşıla, çünki bu, mənəvi dünyamızın qəliz mərəzlərinin dərmanıdır....

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.

"Neyləyim? Böyük Çexovun sözündən çıxa bilmərəm. Bəlkə ən güclü silah budur- dodaqlarımızda gülüş gəzdirmək... Bəlkə, dünyanı ölümdən qurtaran elə gülüş olacaq? "Ağrıdan, acıdan və acından ilan kimi qıvrılsaq da, biz gülə-gülə yaşamalıyıq" bunu həm də Azərbaycanın Çexovu - İlqar Kamil deyib və mən bu şeiri mütləq səsləndirəcəyəm", - sənətçi bildirib.


Etiketlər:  Acından ilan kimi qıvrılsaq gülə gülə yaşamalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ