Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 15:21
Bakı. Trend:
“Azərenerji” ASC və “Azərişıq” ASC kollektivləri qanvermə aksiyasına qoşulub.
Qurumlardan Trend-ə daxil olan birgə məlumata əsasən, “AzərEnerji” və “Azərişıq” kollektivləri Birinci vitse-perzident Mehriban xanım Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara üçün qan verirlər.
Qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir və iki gün davam edəcək.