Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel Rzayeva: “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi insanlara asudə vaxtı səmərəli keçirməyə imkan yaradacaq

Günel Rzayeva: “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi insanlara asudə vaxtı səmərəli keçirməyə imkan yaradacaq

Tarix: 14 Aprel 2020 15:27

Bakı. Orxan Cuvarlı – Trend:

Bakı Kitab Mərkəzi tərəfindən elan olunmuş və təşəbbüskarı Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanova olan “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi insanlara həm asudə vaxtı səmərəli keçirməyə imkan yaradacaq, həm də maddi stimul verəcək.

Bunu Trend-ə açıqlamasında Bakı Kitab Mərkəzinin (Baku Book Center) rəhbəri Günel Rzayeva deyib.

Onun sözlərinə görə, hazırda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan hökumətinin tətbiq etdiyi xüsusi karantin rejimi ilə əlaqədar olaraq insanlar özünü təcrid edib və evdə qalırlar. Belə bir zamanda bu müsabiqə təşəbbüsü ilə çıxış etdik:

“Düşünürük ki, bu təşəbbüsümüz yaradıcı ruhlu insanlar üçün də əhəmiyyətlidir. Onlar bu müsabiqə nəticəsində evdə asudə vaxtlarını daha səmərəli keçirə biləcəklər. Təşəbbüsümüz onların təxəyyülünü işə salmağa imkan verəcək. Esse müsabiqəsinin iştirakçılarına koronavirusdan sonrakı həyatın necə olacağı ilə bağlı təsəvvürləri qələmə almaq təklif edilir”.

G.Rzayeva əlavə edib ki, müsabiqəyə təqdim edilən esseləri peşəkar münsiflər heyəti qiymətləndirəcək:

“Münsiflər Azərbaycan Yazıçılar Birliyinin nüfuzlu üzvlərindən ibarət olacaq. İştirakçılar müsabiqəyə iki dildə - Azərbaycan və rus dillərində esselər təqdim edə bilərlər. Hər dil üzrə üç yer təyin edilib. Ümumilikdə altı iştirakçı bu yerlər üzrə qalib ola biləcək. Qalibləri pul mükafatı gözləyir. Bu layihə həm vaxtı səmərəli keçirmək, həm də maddi stimul baxımından insanlara maraqlı olacaq”.

Xatırladaq ki, Baku Book Center aprelin 7-də böyüklər arasında “Koronavirusdan sonrakı həyat” adında esse müsabiqəsi elan edib.

Essedə müəllifə koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirləri ilə, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələri ilə bölüşməyi təklif olunur.

Müsabiqə qaliblər 6 yer üzrə müəyyən olunub, müxtəlif məbləğdə pul vəsaiti ilə mükafatlandırılacaqlar.

Esselərin təqdim edilməsi üçün son tarix 10 may 2020-ci il olaraq təyin edilib.

Müsabiqədə yaşı 18 və ya 18-dən yuxarı olan şəxslər iştirak edə bilərlər.


Etiketlər:  Günel Rzayeva Koronavirusdan sonrakı həyat adlı esse müsabiqəsi insanlara asudə vaxtı səmərəli keçirməyə imkan yaradacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ