Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 01:42
Bakı. Trend:
Şəkidə yanğım hadisəsi qeydə alınıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Oxud kəndində bir dam altında tikilən ümumi sahəsi 155 m² olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsində eyvanın döşəməsi 35 m² sahədə, birinci mərtəbəsində 2 otağın tavanı 32 m² sahədə, ümumi sahəsi 45 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin