Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 08:52
Bakı. Trend:
Filippin arxipelaqının şimal hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Honq Konq Rəsədxanasının seysmoloji şəbəkəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:01 qeydə alınıb.
Zəlzələnin episentri Laoaq şəhərindən 240 km şimal-şərqdə (Şimali Ilocos əyalətinin inzibati mərkəzi), ən böyük Filippin adası Luson adasından şimalda Sakit Okeanda olub.
Tələfat, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.