Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 10:18
Bakı. Samir Əli - Trend:
Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə başladılan aksiyaya, paytaxtda çalışan ekologiya işçilərinindən sonra Mingəçevir şəhərində fəaliyyət göstərən ekoloqlar da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, katantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi üçün başlayan “Könüllü Donor” kampaniyasına dəstək verən ekoloqlar, sağlamlığı və yaşı qan verməyə uyğun olan hər kəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə fəaliyyət göstərən bölmələrinə müraciət etməyə və bu aksiyaya qoşulmağa çağırıb.