Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 10:36
Bakı. Tamilla Məmmədova - Trend:
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Marneuli bələdiyyəsində 150 aztəminatlı ailəyə ərzaq yardımı edib.
Trend-in məlumatına görə, bu barədə İnteqrasiya Mərkəzi bildirib.
Ərzaq yardımının çatdırılmasını Marneuli bələdiyyəsi təşkil edib.
Qeyd edək ki, Gürcüstan ərazisində koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Marneuli və Bolnisi bələdiyyələrində karantin rejimi martın 23-dən davam edir.
Bu günədək ölkədə 300 nəfər virusa yoluxub, 3 nəfər həyatını itirib.