Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Astaraçay'' MMC xüsusi karantin rejimində fəaliyyəti barədə (FOTO)

''Astaraçay'' MMC xüsusi karantin rejimində fəaliyyəti barədə (FOTO)

Tarix: 15 Aprel 2020 13:48

Bakı. Fidan Babayeva - Trend:

"Astaraçay" MMC öz fəaliyyətini Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi karantin rejiminin şərtlərini nəzərə alaraq həyata keçirir.

Bunu Trend-ə şirkətin direktoru İlkin Ələkbərli deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycan istehsalı olan qara çayın emalını, qablaşdırılmasını və satışını təmin edir. Bu ilin fevralından başlayaraq şirkət aqrotexniki vasitələrin köməyi ilə işlərin müəyyən hissəsini yerinə yetirib:

"Bu günlərdə "Astaraçay" sexlərində növbəti dəfə avadanlığın buxarlı sterilizasiyası keçirilib. Şirkət bu prosesi müntəzəm olaraq həyata keçirir. Martın 22-də şirkətin Astara rayonunda yerləşən inzibati binası, eləcə də fabrik ərazisində yerləşən çay muzeyi və digər obyektlər dezinfeksiya edilib. Bundan başqa, "Astaraçay"ın Bakının bütün supermarketlərinə tədarükün həyata keçirildiyi ofisində də dezinfeksiya ilə bağlı bütün zəruri tədbirlər görülüb".

İ.Ələkbərli bildirib ki, "Astaraçay" əməkdaşları təhlükəsizlik tədbirlərinə ciddi əməl edirlər:

"Nazirlər Kabinetinin qərarından sonra biz əməkdaşların onlayn işini təmin edə bildik, məsafədən işləmək üçün bütün şərait yaradılıb. Biz qida sektorunda işlədiyimiz üçün və şirkətimizin əhalinin ərzaqla təminatında nəzərə alaraq bütün sanitar normalara əməl etməklə zəruri sayda personal şirkətdə fəaliyyət göstərir. Əlbəttə, tam onlayn rejimdə işə keçmək mümkün deyil, buna baxmayaraq, əməkdaşlarımızın bir hissəsi məsafədən işləyir. Bunun üçün biz lazımi avadanlıq təqdim etmişik, əməkdaşlarda öz öhdəliklərinə uyğun olaraq işlərini yerinə yetirir".

Direktor bildirib ki, "Astaraçay" əməkdaşları müasir informasiya sistemlərindən istifadə etməklə daim əlaqədədir:

"Karantin rejiminə qədər ölkədə "Astaraçay"ın çay plantasiyaları qismən emal olunub. Hazırda karantin rejiminin bütün tələblərinə əməl olunmaqla kolların budanması davam edir. Məhsul yığımı prosesi may ayında başlayacaq. Ümid edirik ki, o vaxta qədər koronavirusun yayılması problemi aradan qalxacaq və biz öz işimizi daha sakit şəraitdə davam edəcəyik".

Qeyd edək ki, "Astaraçay" MMC 2015-ci ildən etibarən Azərbaycan çayının istehsalı və satışı ilə məşğuldur. Çay fabriki ISO 9001, ISO 14001, ISO 18001 və ISO 2200 sertifikatlarına malikdir.


Etiketlər:  Astaraçay xüsusi karantin rejimində fəaliyyəti barədə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ