Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” şirkəti “5G” şəbəkəsində məlumat ötürmə sürətində yeni rekorda imza atıb

“Samsung” şirkəti “5G” şəbəkəsində məlumat ötürmə sürətində yeni rekorda imza atıb

Tarix: 15 Aprel 2020 15:39

"Samsung Electronics" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) məlumat ötürmə sürətində yeni rekorda imza atıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, Cənubi Koreyanın Suvon şəhərində yerləşən "Samsung Digital City" meydançasında laboratoriya şəraitində keçirilən eksperiment zamanı kanalın buraxılış qabiliyyəti 8 Qbit/saniyə təşkil edib. Eksperiment çərçivəsində iki sınaq qurğusundan istifadə olunub.

 

Məlumata görə, mütəxəssislər tərəfindən millimetrlik dalğalar spektri (mmWave; 800 meqahers), eləcə də "MU-MIMO" (Multi-User, Multiple-Input, Multiple-Output) və "СА" (Carrier Aggregation) kimi texnologiyalar tətbiq edilib.

 

Nəticədə pik məlumat ötürmə sürəti 8,5 Qbit/saniyəyə çatıb. Bu, tam yeni interaktiv və multimedia servislərinə yol açır. Onlar arasında real vaxt rejimində "8K" formatlı videomaterialların translyasiyası, əlavə və virtual reallıq sistemləri, teletibb platformaları və s. göstərmək olar.

 

Qeyd edək ki, "5G" şəbəkələrində məlumat ötürmə sürəti nəzəri baxımdan 20 Qbit/saniyə təşkil edir. Belə sistemlər rabitədə zəif yubanmanı və "Əşyalar interneti" qurğularının kütləvi qoşulmasını təmin edəcəklər. Hazırda "5G" texnologiyaları inkişaf etmiş ölkələrdə tətbiq edilir.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung şirkəti şəbəkəsində məlumat ötürmə sürətində yeni rekorda imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ