Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 17:28
Aktiv yoluxma əsasən 50-60 və 30-40 yaş arasında insanlardadır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bu gün ə qədərümumilikdə 75 min 397 test keçirilib:
"İndiyədək virusa 1250 yoluxma faktı aşkar edilib, onlardan 404 nəfər sağalıb. Hazırda 836 nəfər aktiv xəstə var. Onlardan 8 nəfər reanimasiyadadır ki, həmin xəstələrdən 6 nəfəri süni nəfəs aparatına qoşulub".