Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 22:50
İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqaviləni yeniləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu daha bir mövsüm Əndəlüs təmsilçisində çıxış edəcək.
İspan futbolçu bu mövsüm La Liqa klubunun heyətində 29 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü karyerası ərzində "Real", "Tottenhem", "Valensiya" və "Fənərbaxça"da da çıxış edib.