Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır

Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır

Tarix: 15 Aprel 2020 23:18

Arıqlamaq üçün pəhriz saxlayanlar, idmanla məşğul olanlar da, müxtəlif dərmanladan istifadə edənlər də var. Çəkidən xilas olmaq üçün istehsal olunan məhsullar istifadəçilərə müxtəlif formalarda - bitki çayları, qəhvə və həblər şəklində təqdim olunur. Qısa zamanda təsir göstərən preparatlardan istifadə olunmasını mütəxəssislərin çoxu məqsədəuyğun hesab etmir.

Satış statistikası isə həmin preparatların alıcılarının heç də az olmadığını göstərir. Təbii ki, arıqlamaq istəyən hər kəs qısa vaxtda nəticə əldə etmək arzusundadır. Həmin məhsulların dadı xoşagələn və təsiri səmərəlidir. Bəs onların sağlamlığa zərəri varmı?

Sonxeber.net bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Bəzən insanlar tərəzidə çəkilərinin azaldığını görəndə sevinirlər, əslində isə azalan çəki su və əzələ itkisidir. Həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılır və çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır. Riskli qidalardan alınan vitaminlər bağırsaqlarda rahat mənimsənilmir. Orqanizm həmin məhsulları mənimsəməmiş onların bədəndən xaric olması nəticəsində vitamin və mineral çatışmazlığı yaradır. Bir müddət sonra həmin insanlar saçlarının tökülməsi, aqressivlik və s. hallarla üzləşərək həkimə müraciət edirlər".

Həkim-diyetoloqun dediyinə görə, arıqlamaq üçün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir: "Yaxşı olar ki, çekap müayinədən keçərək kökəlmənin səbəbi öyrənilsin və bundan sonra arıqlamaq daha rahat olacaq. Arıqlamaq üçün hər gün fiziki aktivlik nümayiş etdirmək və bağırsaqlarda faydalı bakteriyaları artırmaq lazımdır və hətta bunun üçün əlavə probiotiklərdən də istifadə etmək olar. Təbii ki, balanslaşdırılmış və düzgün qidalanmaq da ən əsas şərtlərdən biridir".

İstənilən halda orqanizmlə əlaqədar verilən qərarlarda həkim məsləhəti vacibdir, çünki mütəxəssis tövsiyəsi olmadan pəhriz saxlamaq bəzən sağlamlıq üçün fəsadlar törədə bilər.


Etiketlər:  Arıqlama zamanı çəkinin orqanizmin yağ kütləsindən itirilməsi daha yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ