Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“YouTube”da koronavirus haqqında xəbərlər kontentinə baxış sayı artıb

“YouTube”da koronavirus haqqında xəbərlər kontentinə baxış sayı artıb

Tarix: 16 Aprel 2020 08:08

Son həftələr "YouTube" videohostinqində xəbərlərə baxış sayında bir il əvvəlin analoji dövrü ilə müqayisədə 7,5 faiz artım qeydə alınıb. Milyonlarla insan "Google" şirkətinə məxsus videohostinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyət haqqında yeni xəbərlər axtarır. Bu barədə "Bloomberg" agentliyinə müsahibədə məhsullar üzrə direktor Nil Mohan bildirib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hər ay "YouTube"a iki milyarddan çox insan daxil olur və pandemiya təhlükəli miqyas aldıqdan sonra servisin trafikində yüksək artım müşahidə edilir. Direktorun sözlərinə görə, ən çox artım videoxəbərlər kateqoriyasına aiddir.

Virusun sadalandığı videomateriallarda "YouTube" səhiyyə müəssisələri ilə bağlı informasiya panelini nümayiş etdirir. N.Mohan qeyd edib ki, panelə baxış sayı 10 milyardı ötüb. Həmçinin "YouTube"un əsas səhifəsinə "Covid-19" haqqında xəbər videoçarxlarının yerləşdirilməsi üçün tab-vərəqə əlavə olunub.

Virus geniş vüsət aldıqca videohostinqdə çaşqınlıq yaradan və saxta videoçarxlara rast gəlinir ki, bu da sayt üçün daimi problemə çevrilib. İndiyədək minlərlə video virusla əlaqədar dezinformasiya siyasətini pozduğuna görə silinib.

Baxış sayının artmasına baxmayaraq "YouTube"da digər böyük onlayn platformalarda olduğu kimi, reklam xərclərinin azalması müşahidə olunur. Bu, əksər müştəri marketoloqlar tərəfindən büdcənin azaldılması ilə izah olunur.


Etiketlər:  YouTubeda koronavirus haqqında xəbərlər kontentinə baxış sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ