Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO)

“AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO)

Tarix: 16 Aprel 2020 09:51

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və təşəbbüsünə qoşularaq qanvermə aksiyası keçirib.

QSC-dən Trend-ə verilən məlumata görə, cəmiyyətin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

“AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO) - Gallery Image “AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO) - Gallery Image “AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO) - Gallery Image “AzerGold” QSC qanvermə aksiyası keçirib (FOTO) - Gallery Image


Etiketlər:  AzerGold qanvermə aksiyası keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ