Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngilislər 30 iyun deyir

İngilislər 30 iyun deyir

Tarix: 16 Aprel 2020 10:06

İngiltərə Premyer Liqasının əksər klubları çempionatı iyunun 30-dək başa vurmağı istəyirlər.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Belə bir istək onunla əlaqədardır ki, məhz göstərilən tarixdə bir çox futbolçunun klubu ilə müqaviləsi başa çatır. FİFA-nın müddəti uzatmaq tövsiyəsinə baxmayaraq, onlardan çoxu 30 iyundan sonra klublarını tərk edə bilərlər. Premyer Liqa təmsilçiləri geridə qalan oyunları əsas oyunçularınən iştirakı olmadan keçirmək istəmirlər.

Məlumata görə, klubların çoxu çempionatın erkən başa vurulmasına deyil, sonadək oynanılmasına tərəfdardır. Ehtimal edilir ki, mayın sonlarından komandalar məşqləri bərpa edə biləcəklər.

Qeyd edək ki, sabah ingilis klublarının iştirakı ilə videokonfrans keçiriləcək. Konfransda liqaların taleyi müzakirə ediləcək.

 


Etiketlər:  İngilislər iyun deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ