Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda narkotik alverçisi karantin postunda yaxalandı

Bakıda narkotik alverçisi karantin postunda yaxalandı

Tarix: 16 Aprel 2020 12:30

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alverçisi yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşları rayon ərazisindəki karantin rejim postunda Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü V. Cəfərovu saxlayıb.

Üzərinə baxış zamanı ondan 37,008 qram narkotik maddə olan heroin, 3,794 qram metanfetamen, 3, 375 qram tramodol həbi və 7,5 qram güclü təsiredici maddə olan prekobalin aşkar edərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Bakıda narkotik alverçisi karantin postunda yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ