Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evdə dörd divar arasında qalmışam'' - ''Zirə''nin legioneri

''Evdə dörd divar arasında qalmışam'' - ''Zirə''nin legioneri

Tarix: 16 Aprel 2020 15:24

"Bütün günü evdə oyun oynayır, filmlərə baxır, musiqiyə qulaq asıram və sosial mediada dostlarımla və ailəmlə danışıram. Müasir texnologiyanın sayəsində onlarla görüntülü əlaqə saxlaya bilirəm. Bu isə ailəmi mənim təhlükədə olmadığıma ümidləndirir".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a  Azərbaycanda koronavirusla bağlı karantin vəziyyətində etdiklərindən danışarkən deyib.

Afrikalı yarımmüdafiəçi Azərbaycan dilini bilmədiyindən aidiyyatı qurumlara SMS göndərmək üçün tərcüməçidən istifadə etdiyini vurğulayıb: "Hələ də Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil. Mənim işim futboldur. Oyunlar olmayanda sanki canımdan can çıxır. Ötən ayın ortalarında ölkədə futbol dayandı. İndi hərəkət məhdudiyyəti, 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandıracaqlarını təsəvvür edirəm. Bunun nə qədər davam edəcəyi bilmirik. Amma qorxunc vəziyyətdir"

O, yaşadığı binanın altındakı marketdən alış-veriş etdiyini bildirib: "Evdə dörd divar arasında qalmışam. Təkcə alış-verişə gedəndən evdən çıxıramXoşbəxtlikdən binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu paltarımı geyinib, alış-verişə gedirəm".

25 yaşlı oyunçu deyib ki, Azərbaycanda karantin elan olunmazdən əvvəl vətəninə qayıtmaq istəyib. Amma sonra bunun təhlükəli olacağını başa düşüb: "Birbaşa reys olmadığı üçün risk edə bilmədim. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalıydım. Özümü təhüləkəyə ata bilməzdim. Bunun əvəzinə mənzilimdə izolyasiya etməyə və burada təhlükəsiz qalmağa qərar verdim".

 

 


Etiketlər:  Evdə dörd divar arasında qalmışam Zirənin legioneri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ