Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlal İsayev: Azərbaycanda karantin qaydaları yalnız tədricən şəkildə yumşaldıla bilər

Cəlal İsayev: Azərbaycanda karantin qaydaları yalnız tədricən şəkildə yumşaldıla bilər

Tarix: 16 Aprel 2020 17:00

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda karantin qaydaları yalnız tədricən şəkildə yumşaldıla bilər.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah və digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, aprelin 20-dən sonra hansı addımlar atılmalıdır:

“Çünki insanlar arasında hələ də virus daşıyıcıları ola bilər. Əgər xəstə infeksion xəstəliyə yoluxubsa və xəstəxanada yatmırsa, o, digər insanların da virusa yoluxmasına səbəb ola bilər. Təbii ki, onda virusun yayılması vəziyyətinə nəzarət etmək mümkün olmaz. Yox, əgər görsək ki, yoluxma hallarında azalma var və xəstəliyi keçirən insanlar daha yüngül formada bunu keçirirlər və belə vəziyyət dünya ölkələrində də baş verir, o zaman qaydalar yalnız tədricən yumşaldıla bilər”.

C.İsayev qeyd edib ki, sərt karantin qaydalarının tətbiqi üçün iki həftə çox az müddətdir. Karantin müddəti ən azı, mayın birinci ongünlüyünə qədər uzadılmalıdır:

"Ondan sonra isə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, karantin qaydalarının yumşaldılmasına və digər tədbirlərin görülməsinə baxıla bilər”.

Koronavirus pandemiyasının bitmə vaxtının hələ bilinmədiyini deyən baş infeksionist qeyd edib ki, heç kim bu məsələ ilə bağlı proqnoz verə bilmir. Bu baxımdan COVID-19-la bağlı vəziyyət daim dəyişir və qərarlar mövcud vəziyyətə uyğun verilir:

“Əlbəttə, hamı istəyir ki, karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatının təhlükəsizliyinin təmin olunmasıdır. İnsanlar öz məsuliyyətlərini dərk edərək qoyulan qaydalara əməl etməlidirlər, dövlətin isə bundan sonra vəziyyətə uyğun addım atması lazımdır”.

C.İsayev bildirib ki, ən inkişaf etmiş ölkələrin təcrübəsi heç bir ölkənin özünü tam sığortalı hesab edə bilmədiyini göstərdi.

Onun sözlərinə görə, heç bir ölkənin, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz.

Artıq Avropa ölkələrinin təcrübəsinin bunun əyani misalı olduğunu deyən C.İsayev ölkəmizdə həmin vəziyyətlərin yaranmaması üçün bütün lazımi tədbirlərin görüldüyünü və bundan sonra da görülməsinin vacib olduğunu söyləyib.


Etiketlər:  Cəlal İsayev Azərbaycanda karantin qaydaları yalnız tədricən şəkildə yumşaldıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ