Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 27 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Bakıda 27 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Tarix: 22 Aprel 2019 12:16

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

Trend-in məlumatına görə, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib


RƏYLƏR