Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkarlara koronavirusla əlaqədar işçi ixtisarına yol verilməməsi haqqında XƏBƏRDARLIQ edilib

Sahibkarlara koronavirusla əlaqədar işçi ixtisarına yol verilməməsi haqqında XƏBƏRDARLIQ edilib

Tarix: 16 Aprel 2020 18:26

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edilib.

Bu barədə Sonxeber.net-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirliyin xəbərdarlığında deyilir:

"Hörmətli vergi ödəyiciləri!

Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir".


Etiketlər:  Sahibkarlara koronavirusla əlaqədar işçi ixtisarına verilməməsi haqqında XƏBƏRDARLIQ edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ