Tarix: 16 Aprel 2020 18:30
"Zenit"in məşqçisi Anatoli Timoşuk millimizin və “Sabah”ın hücumçusu Ramil Şeydayevin koronavirusla bağlı maraqlı paylaşımını bəyənib.
Qol.az xəbər verir ki, 41 yaşlı ukraynalı mütəxəssis “Zenit”in sabiq hücumçusunun "Evdə qal, sağlam qal" kampaniyası çərçivəsində çaydan çiləməsini xatırladaq, bunun digərlərindən yaxşı mənada fərqləndiyini deyib.
Timoşuk tualet kağızı ilə başladılan çelencə özünün də qatıldığını, hətta buna görə, lağa qoyulduğunu da söyləyib. O, ona söz atan Andrey Arşavin və Maqomed Ozdoyevin cavabını verdiyini də bildirib:
"Onlara cavablarını vermişəm. "Zenit"də oynamış Ramil Şeydayevin ideyası əla idi. O, çelencə çaydanı çiləyərək qoşulmuşdu. Bu, Ramildə pis alınmamışdı".
Xatırladaq ki, Timoşuk "Zenit"in kapitanı kimi 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanlb.