Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirildi

Daha 20 min şəxs üçün birdəfəlik ödəniş həyata keçirildi

Tarix: 16 Aprel 2020 19:10

İşsiz kimi qeydiyyata alınan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsait bank filiallarına və poçt şöbələrinə köçürüldü.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, onların qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Aprelin 9-dan işsizlərə birdəfəlik ödəmələrin verilməsinə başlanıb və ödənişlər gündəlik əsasda davam edir. Artıq 140 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.


Etiketlər:  Daha şəxs üçün birdəfəlik ödəniş həyata keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ