Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elon Mask Tesla avtomobillərinin sirrini açdı

Elon Mask Tesla avtomobillərinin sirrini açdı

Tarix: 16 Aprel 2020 21:44

Amerikalı milyarder Tesla elektrikli avtomobillərinin sirlərindən birini açıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tesla Model 3 avtomobillərinin hər birinin arxa güzgüləri kamera ilə təchiz olunub. Şirkətin müştəriləri bu kameranın hansı məqsədlə quraşdırıldığı ilə bağlı sual veriblər.

Elon Maskın sözlərinə görə, bu kamera vandalizmin qarşısını almaq üçün quraşdırılıb. "Robotaxi Tesla" xidməti müştərisinin maşının daxili avadanlığına ziyan vurmaq fikri olduqda, kamera onun hərəkətlərini qeyd edəcək. Bu, günahkardan dəyən ziyan bərpa edilərkən sübut rolunu oynayacaq.

Məlumat üçün bildirək ki, Tesla rəhbərliyi "Robotaxi Tesla" adlı xidmətini bu il istifadəyə verməyi pılanlaşdırır. Onun mahiyyəti elektrikli avtomobil sahiblərinin avtomobillərini hər kəsə icarəyə verməsi üçün fürsət yaratmaqdır.

Paylaş


Etiketlər:  Elon Mask Tesla avtomobillərinin sirrini açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ