Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 21:56
Samsung şirkəti texniki problemlərə görə, Galaxy M31 smartfonunda Android 10 yenilənməsini dayandırıb
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Smartfon istifadəçiləri M315FXXU1ATD1 yenilənməsindən sonra proqramlarda çətinlik olduğunu, xüsusilə də Android yenilənməsindən sonra telefonda olan qurğularda problem yarandığını və funksiyaların işləmədiyindən şikayətçi olublar. Onlar bildiriblər ki, bəzi hallarda isə proqramlar yüklənir və açılmır.
Bu kimi problem kütləvi hal alsa da, əsasən Hindistan istifadəçilərində rast gəlinib.
Galaxy M31 smartfon sahibləri koronavirusa görə Samsung şirkətinin servislərinin bağlandığını və telefonu təmir edə bilmədiklərini vurğulayıblar.
Buna görə də, Samsung yenilənməni dayandırıb və ekspertlər istifadəçiləri zərər çəkmiş smartfonlarında köhnə versiyanı istifadə etməyə səsləyib.
Daha öncə Galaxy A70 istifadəçiləri də bu kimi problemlə qarşılaşıb. Buna səbəb də Android 10 yenilənməsi göstərilib.
Bir müddət əvvəl məlum oldu ki, Android yenilənməsi Xiaomi smartfonlarını da "sındırıb". Əsasən də Xiaomi Mi 10 və Mi 10 Pro, həmçinin Mi A2 Lite sahibləri Android yenilənməsindən şikayət ediblər.