Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 23:48
Facebook, Apple Watch istifadə edərək yaxın dostlarınızla mətn mesajları göndərməyə imkan verən Kit adlı yeni bir tətbiqetməni təqdim etdi.
Facebook, Apple Watch istifadə edərək yaxın dostlarınızla mətn mesajları göndərməyə imkan verən Kit adlı yeni bir tətbiqetməni təqdim etdi. Tətbiqin abreviaturasının açılışı "təmasda ol" mənasına gəlir. Kit birbaşa Facebookun mesajlaşma tətbiqi Messenger ilə inteqrasiya olunur.
App Store-dakı Kit təsvirinə görə, əvvəlcə saatı istifadə edərək bir QR kodunu skan edərsiz və ya fb.com/devices ünvanına giriş kodu daxil edərək tətbiqə qoşulursunuz. Sonra Messenger vasitəsilə istədiyiniz dostu seçərək həmin şəxslə ünsiyyətə başlayırsınız. Tətbiq, səs yazıları, emoji, yer mübadiləsi, doodles və hətta diktasiya girişi daxil olmaqla bir vasitə ilə müxtəlif mesajlar göndərməyə imkan verir.
Əslində, Kitin istifadəsinin Apple Watch-da iMessage istifadə ilə oxşar olduğunu söyləyə bilərik. Ancaq bu mesajlar SMS və ya iMessage əvəzinə Facebook-un Messenger xidməti vasitəsilə göndərilir. Yeni tətbiq həmçinin bildirişləri qəbul etməyə, cavab verməyə və şəxsin sizə göndərdiyi mesajları oxumağa imkan verir.
Tətbiqin ideyası istifadəçilərin telefonlarını götürmədən əlaqədəi olmasını təmin etməkdir. Çünki Apple Watch-da mesajlaşma üsulu ilə əlaqə saxlamaq olduqca çətindir. Bununla birlikdə Facebook yeni məhsulu ilə bu problemdən qaçmağı hədəfləyir. Facebook Messenger onsuz da Apple Watch-da mövcuddur, lakin Kit daha çox yaxın əlaqələrə diqqət yetirir. Yaxın dostlarınız, ailə üzvləriniz kimi insanlarla əlaqə qurmağı hədəfləyir. Bu, Apple Watch-dakı Apple Messenger-dən fərqli bir istifadəçi interfeysi və təcrübəsini ortaya qoyur. Kit ilə mesajlarınızı oxumaq və cavab vermək üçün kiçik bir ekranda gəzməlisiniz.
Tətbiq Apple Watch üçün yaradıldığı üçün yalnız App Store-da mövcuddur, Android istifadəçiləri Kit'a daxil ola bilmirlər. Apple Watch sahibləri Kiti App Store-dan yükləyə bilərlər.