Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayxan Abbasovun taleyinə aydınlıq gəldi

Ayxan Abbasovun taleyinə aydınlıq gəldi

Tarix: 1 Iyun 2019 19:20

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun klubdakı taleyinə aydınlıq gəlib.

Bu barədə Qol.az-a açıqlamasında mütəxəssis özü məlumat verib. O, komandadan ayrılmayacağını bildirib:

"Klub rəhbərliyi ilə danışmışıq. Komandada qalacağam. Bəzi xırda məsələlər qalıb. Onları da qarşıdakı həftənin əvvəli müzakirə edəcəyik. Hər şey müsbətə doğru gedir".

Qeyd edək ki, Ayxan Abbasovun mövsümün sonunda "Sumqayıt"dan ayrılacağı gözlənilirdi.

 


Etiketlər:  Ayxan Abbasovun taleyinə aydınlıq gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ