Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şürrle “Spartak''dan ayrılır

Şürrle “Spartak''dan ayrılır

Tarix: 17 Aprel 2020 21:40

Moskva “Spartak”ı  komandada icarə əsasında çıxış edən Andre Şürrleni 7 milyon avroya almaq imkanından imtina edib.

Qol.az xəbər verir ki, bunu "qırmızı-ağlar"ın baş direktoru Tomas Çorn “Bild”ə açıqlamasında deyib.
“Doğrudur, Andre ilə bu barədə razılaşdıq. Ancaq o, gənc komandamızı təcrübəsi ilə zənginləşdirən aparıcı bir futbolçudur" - deyə Çorn bildirib.

Şürrle və ailəsi hazırda Berlindədir. Alman nəşrinə görə, futbolçu artıq Moskvaya qayıtmayacaq.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi 2019-cu ilin iyul ayında Dortmund “Borussiya”sından icarə əsasında "Spartak" a keçib. O, bu komandada 18 qarşılaşmada 2 qol vurub, qol ötürməsi verib.

 


Etiketlər:  Şürrle Spartakdan ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ