Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdən işləyənlərin DİQQƏTİNƏ! - Bunları mütləq etməlisiniz

Evdən işləyənlərin DİQQƏTİNƏ! - Bunları mütləq etməlisiniz

Tarix: 17 Aprel 2020 23:27

Karantin rejimi ilə bağlı çoxumuz ev şəraitində işləyirik. Lakin diqqət etməliyik ki, evdən işləyən zaman edəcəyimiz bəzi yanlışlar bel və boyun ağrılarına səbəb olur. Bəs necə edək ki, bu ağrılardan xilas olaq?

Sonxeber.net lent.az-a istinadən bu barədə mütəxəssislərin rəyini sizin diqqətinizə çatdırır:

1 - Mütləq masanızda işləyin

Evinizdə yerdə, yataqda və ya kresloda deyil, məhz masada işləyin. Və uyğun stulda oturmağa diqqət edin. Əks halda, onurğa, qollar, dizlər və ayaqlarınızda ağrılar olacaq.

2 - Bütün ehtiyaclarınız masanın üzərində olsun

Masanız elə ölçüdə olmalıdır ki, onun üzərinə telefon, qələmləriniz, bloknot, dosyalar, kalkulyator cihazı və s yerləşə bilsin. Belə olmadıqda siz hər dəfə bir lazımlı əşya üçün çevriləcəksiniz və ya əyilib yerdən götürməli olacaqsız. Bu zaman isə sizdə bel yırtığı, əzələ ağrıları yarana bilər.

3 - Stulunuz ideal yüksəklikdə olsun

Çox yaxşı olar ki, iş zamanı oturduğunuz stulun hündürlüyünü yüksəldib, alçada biləsiniz və onun qolları da olsun. Diqqət edin ki, alçaq stullar diz ağrılarına, ayağınızın yerə dəyməyəcəyi qədər hündür stullar isə onurğa ağrılarına gətirib çıxara bilər.

4 - Kompüterin ekranı çox aşağıda olmasın

Kompüterin monitorunu gözünüzdən 50-75 sm. uzaqda tutun. Kompüterinizin ekranı gözlə təmasın bir balaca aşağısında olmalıdır. Düz üstü kompüterdə işləyirsinizsə adında olduğu kimi, bunu diz üstünə qoyub çalışmayın. Bu zaman əlavə dəstəklərdən - klaviatura, monitor, maus-dan istifadə edin. Əks halda, boyun yırtığı, əzələ ağrıları və skalyozlara səbəb ola bilər.

5 - Dirsəklərinizi çox bükməyin

Diqqət edin ki, işlədiyiniz zaman dirsəkləriniz nə çox bükülü, nə də çox açıq olmasın. Çalışın yerə paralel vəziyyətdə olsun. Belə olmadıqda dirsək və bilək hissələrdə sinir sıxılması olur. Və bel, boyun hissədə ağrılar başlayır.

6 - Danışan zaman bu xətaya əsla yol verməyin

Çoxumuz işlədiyimiz zaman telefon zəng gələndə onu qulağımızla çiynimiz arasında saxlayıb söhbətə davam edirik. Bu əsla olmaz. İşdən heç cür ayrıla bilmirsinizsə, telefonun səsini açın və ya qulaqcıqlardan istifadə edin. Əks halda boyun yırtığı və onurğa ətrafında əzələ ağrılarına səbəb olur.

7 - Ən geci bir saatdan bir pauza edin

Masa arxasında işləyən zaman ən geci bir saatdan bir 10-15 dəqiqə pauza verməlisiniz. Bu zaman ayağa qalxın və hərəkət etməyə başlayın. Bu həm də bir çox yanlışları qismən düzəltmiş olacaq.


Etiketlər:  Evdən işləyənlərin DİQQƏTİNƏ Bunları mütləq etməlisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ