Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 02:08
Çempionlar Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.
Qol.az-ın məlumatına görə, bu, "Barselona"nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçu 10 matçda 12 qol (1-i penaltidən) vurub. Duşan Tadiç ("Ayaks") 9 qolla 2-ci, Robert Levandovski "Bavariya") 8 qolla 3-cü olub.
Son altı mövsümdür ÇL-in ən yaxşı bombardiri olan "Yuventus"un futbolçusu Kriştiano Ronaldo isə bu dəfə 6 qolla Serxio Aquero ("Mançester Siti"), Mussa Mareqa ("Portu") ilə birgə 5-7-ci pillələri bölüşdürüb.