Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib

“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib

Tarix: 20 Aprel 2020 10:33

Bakı. Trend:

Aprel ayının 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzi region nümayəndəliklərinin rəhbərləri ilə “Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünü inkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar GİKM nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dönəmdə görülən işlər, yaranan çətinliklər bir sözlə mövcud vəziyyətin müzakirəsi aparılmaqla yanaşı gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi məsələləri də müzakirə mövzusu olub.

Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olub.

Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanaraq müzakirəyə təqdim edilməsi razılaşdırılıb.


Etiketlər:  Region gəncləri yeni reallıqlar imkanlar adlı onlayn müşavirə keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ