Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 11:30
Bakı. Samir Əli - Trend:
Şəmkir rayonunda arvadını öldürən kişi tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Trend-ə açıqlamasında bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub.
Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.