Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO)

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO)

Tarix: 20 Aprel 2020 11:30

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə Müdafiə Nazirliyinin idarə, təşkilatları və xüsusi təyinatlı hərbi təhsil müəssisələri, həmçinin birlik, birləşmə və hərbi hissələr də qoşulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.

Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təhvil veriləcək.

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib (FOTO) - Gallery Image


Etiketlər:  Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ