Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Oğlum öləndə ağlamağa utandım” - Nailə Mirməmmədli - VİDEO - FOTO

“Oğlum öləndə ağlamağa utandım” - Nailə Mirməmmədli - VİDEO - FOTO

Tarix: 20 Aprel 2020 14:25

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli olub.

Sonxeber.net bildirir ki, tanınmış bəstəkar oğlunun ölümündən söz açıb. O, oğlunu itirdikdən sonra bir çox sənətçilərin ona təsəlli verdiyini, lakin ən böyük təsəllini isə bir xanımın verdiyini bildirib.

Qeyd edib ki, həmin xanım Nailə Mirməmmədliyə bildirib ki, sənin oğlun suda boğulub, amma vətən üçün şəhidlərimiz var. Siz niyə ağlayırsınız ki?

"Həmin ağır günlərimdə bir çox sənətçilər, qohumlar mənə təsəlliverici sözlər deyirdilər. Lakin gənc oğlumu itirdiyim üçün heç bir söz mənə təsir etmirdi. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Mən, sözün həqiqi mənasında, vətənpərvərəm, boğazdan yuxarı vətənpərvərlik edən insan deyiləm, vətənimi çox sevirəm! Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım ki, camaatın balası vətən üçün şəhid olur, mənim oğlum isə suda boğulub".


Etiketlər:  Oğlum öləndə ağlamağa utandım Nailə Mirməmmədli VİDEO FOTO


RƏYLƏR