Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 14:58
“Çelsi” də futbolçularının məvaciblərini azaldacaq.
Qol.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu koronavirus pandemiyasının yaratdığı maddi çətinliklərə görə bu addım atır. Komanda üzvləri əvvəlcə məvaciblərinin azaldılmasına razı olmamışdılar. Klub rəhbərliyi ilə futbolçular arasında aparılan müzakirələrdən sonra sentyabr ayınadək məvaciblərin 10 faiz azaldılmasına qərar verilib.
Komandanın baş məşqçisi Frenk Lempardın məvacibi isə 25 faiz azalacaq. Bu addım sayəsində klubun təxminən 10 milyon funt qənaət edəcəyi bildirilir.