Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar zorlamada ittiham olunur

Neymar zorlamada ittiham olunur

Tarix: 2 Iyun 2019 11:08

PSJ-nin hücumçusu Neymar təcavüzdə ittiham olunur.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, mayın 31-də San-Pauludakı polis idarələrindən birində adı gizli saxlanılan qadın braziliyalı futbolçudan şikayət edib. Xanım 27 yaşlı oyunçunun onu zorladığını bildirib.

İddiaya görə, hadisə mayın 15-də Parisdə baş verib. Neymarın həmin qadınla "İnstaqram"da tanış olduğu bildirilir. Tərəflər bir müddət yazışdıqdan sonra futbolçu qıza dostu Qallo vasitəsilə Parisə səyahət etmək üçün zəruri sənədləri və vəsaiti alacağını bildirib.

Hadisənin baş verdiyi otelə əvvəlcə qadın, ardınca isə Neymar gəlib. Braziliyalının həmin vaxt sərxoş olduğu bildirilir. Xanımın sözlərinə görə, onlar mehribancasına görüşsələr də, sonradan Neymar zor tətbiq edərək, razılığı olmadan onunla cinsi əlaqədə olub.

Mayın 17-də Braziliyaya qayıdan qadın əvvəlcə polisə müraciət etməyə qorxsa da, daha sonra baş verənləri onlara danışıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Neymarın isə məsələyə baş qoşmadığı və hər hansı şərh verməyəcəyi deyilir.

 


Etiketlər:  Neymar zorlamada ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ