Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi

Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi

Tarix: 20 Aprel 2020 19:54

Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs olunan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsindən verilən şikayətə baxılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, prosesdə şikayət araşdırılaraq qərar elan olunub. Məhkəmənin qərarı ilə T.Yaqublunun şikayəti təmin edilməyib.

Xatırladaq ki, T.Yaqublu barəsində Nizami rayon Məhkəməsində 3 ay həbs-qətimkan tədbiri seçilib. İttihama görə, bu il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.


Etiketlər:  Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ