Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 20:42
Bakı. Trend:
Peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək
Trend-in məlumatına görə, bu məsələ Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə etdiyi dəyişikliklərdə qeyd edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ali və peşə təhsil müəssisələrinin vəzifələri artırılıb. Belkə ki, ali təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq. Həmçinin, peşə təhsili müəssisəsi də “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.
Bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.