Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cenevrədə BMT-nin 14 əməkdaşı koronavirusa yoluxub

Cenevrədə BMT-nin 14 əməkdaşı koronavirusa yoluxub

Tarix: 21 Aprel 2020 04:08

Bakı. Trend:

Cenevrədə BMT-nin 14 əməkdaşı yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Cenevrədəki qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib.

A.Velluççi bildirib: "Aprelin 20-si üçün ümumilikdə Cenevrə bölməsinin 14 əməkdaşının COVİD-19 testi müsbət nəticə verib".

Məlumata əsasən, yoluxma hallarıBMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin Ətraf Mühit Proqramının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin əməkdaşları arasında qeydə alınıb. Koronavirusa yoluxanlar arasında həmçinin BMT-nin Cenevrədəki qərargahının 5 əməkdaşı da var.


Etiketlər:  Cenevrədə əməkdaşı koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ