Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 08:52
ABŞ-ın "Facebook" şirkəti öz əməkdaşlarının əksəriyyəti üçün distant iş rejiminin vaxtını ən azı mayın sonuna kimi uzadıb. Bu haqda şirkətin direktoru Mark Zukerberq deyib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Biz vacib tapşırıqları yerinə yetirən və ofisdə işləməli olanlar üçün daha təhlükəsiz iş şəraitini təmin etmək məqsədilə əksər əməkdaşlarımızın ən azı mayın sonunadək evdən işləməsini tələb edirik" - Zukerberq öz "Facebook" səhifəsində yazıb.
Həmçinin o bəyan edib ki, 2021-ci ilin iyununadək 50 və daha çox insanın iştirakı ilə planlaşdırılmış bütün tədbirlər ləğv edilib, onların bəziləri onlayn formatda keçiriləcək.